Nərgiz İsmayılova CEV-in seminarında

CEV məktəbli layihəsi menecerləri üçün seminar keçirib. Allsport.az sayti xəbər verir ki, ilk dəfə təşkil olunan tədbirin məqsədi menecerlərin fəaliyyətlərinin keyfiyyətini və kəmiyyətini yaxşılaşdırmağa kömək etməkdir.

CEV-ə daxil olan ölkələrdən 22 federasiyanın bu layihə üzrə menecerləri 13-14 mart tarixlərində Avropa voleybolunun Lüksemburqdakı ofisində bir araya gəliblər. Seminarda Azərbaycan voleybol federasiyası regional inkişaf mərkəzinin rəhbəri Nərgiz İsmayılova da iştirak edib.

CEV məktəbli layihəsi menecerləri seminarda qısa təqdimatlarla çıxış ediblər. Onlar məktəblilər arasında voleybolu daha da inkişaf etdirmək, bu layihənin fəaliyyətini təkmilləşdirmək üçün öz milli federasiyalarının məqsədləri, eləcə də mövcud maneələrin həlli istiqamətində fikir mübadiləsi aparıblar. Onlayn çıxışların da olduğu seminar layihə menecerlərinə bilik və təcrübələrini asanlıqla mübadilə etməyə imkan verib, eyni zamanda inteqrasiya üçün müəyyən mövzular haqqında məlumatlılığı artırıb.

Həmin kateqoriyadan