Nərgiz İsmayılova Gürcüstana təyinat alıb

Allsport.az xəbər verir ki, Azərbaycan voleybol federasiyası regional inkişaf mərkəzinin rəhbəri, Avropa voleybol konfederasiyasının (AVK) Avrokuboklar komissiyasının üzvü Nərgiz İsmayılova kişi voleybolçular arasında “Gümüş Avropa liqası”nın qarşılaşmasına təyinat alıb.

Həmyerlimiz “B” qrupunda mübarizə aparan Gürcüstan və Avstriya yığmaları arasında keçiriləcək matçda supervayzer funksiyasını yerinə yetirəcək. Görüş bu gün Gürcüstanda baş tutacaq.

AVK-nın bu matç üçün təyinatına əsasən, o, görüşün hakimləri moldovalı Andrei Taran və gürcüstanlı Mixail Guniavanın işinə qiymət verəcək.

Həmin kateqoriyadan