Nərmin və Ariadna cütlüyü qızıl medal qazanıb

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən çimərlik voleybolçularımız “Sport biç Turkiye” turnirində iştirak ediblər.

Allsport.az xəbər verir ki, turnirdə 20 qadın və 20 kişi cütlüyü mübarizə aparıb.
3 qadın və 3 kişi cütlüyümüzün iştirak etdiyi yarışda, “B” liqasında bütün rəqiblərinə qalib gələn Ariadna Neçay-Nərmin Səmədzadə cütlüyü 1-ci, Lizi Latsabidze-Səbinə Əlizadə cütü isə yarışın 3-cüsü olub.
“A” liqasında çıxış edən Aytac Bayramlı-Aişə Hüseynova cütü 4-cü yeri tutub.

Baş məşqçi İqor Olefirin rəhbərlik etdiyi çimərlik voleybolçularımızın Antalyada hazırlıqları davam edir.

Həmin kateqoriyadan