Namiq Əliyev: Lisenziya yarışlarına hazırlıq üçün tədbirlər görüləcək və lazımi şərait yaradılacaq

Bu gün Azərbaycan güləş federasiyasının prezident əvəzi Namiq Əliyevin rəhbərliyi ilə iclas keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda milli komandaların baş məşqçiləri iştirak edib. Görüşdə əvvəlcə dekabrda Serbiyanın paytaxtı Belqradda şəxsi dünya kubokunun nəticələri müzakirə olunub və baş məşqçilərin hesabatı dinlənilib.

Sonra gələn ilin təqvim planında yer alan təlim-məşq toplanışları, yarışlar, o cümlədən Avropa və dünya olimpiya təsnifatlarına hazırlıq geniş müzakirə olunub.

Təqvim planı ilə bağlı təkliflərini səsləndirən və tapşırıqlarını verən AGF-nin prezident əvəzi Namiq Əliyev lisenziya yarışlarına maksimum səviyyədə hazırlıq üçün bütün zəruri tədbirlərin görüləcəyini və lazım olan şəraitin yaradılacağını bildirib.

Həmin kateqoriyadan