Namiq Əliyev növbəti dəfə dünya güləş birliyinin büro üzvü seçilib

Namiq Əliyev növbəti dəfə dünya güləş birliyinin büro üzvü seçilib

Serbiyanın paytaxtı Belqradda dünya güləş birliyinin konqresi keçirilib. Allsport.az saytı xəbər verir ki, iclasda DGB-in büro üzvü, AGF-in vitse-prezidenti Namiq Əliyev, baş katib Nəsimi Musayev və icraiyyə komitəsinin üzvü Vasif Məmmədov iştirak ediblər.

Tədbirdə bir çox məsələlərlə bağlı müzakirələr aparılıb, o cümlədən icraiyyə komitəsinə seçkilər keçirilib. Həmyerlimiz növbəti dəfə ali qurumun büro üzvü seçilib.

İcraiyyə komitəsinin üzvləri qarşıdakı 6 ildə bu vəzifədə fəaliyyət göstərəcəklər.

Həmin kateqoriyadan