Namiq Abdullayevin komandası dünya çempionatına yollanır

10-18 sentyabrda Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışın son günlərində “sərbəstlər” mübarizəyə qoşulacaqlar. Bu gün olimpiya güləş mərkəzində yığmanın üzvləriylə görüş keçirilib. AGF-in icraiyyə komitəsinin üzvü, millinin baş məşqçisi Namiq Abdullayev, baş katibin müavini Orxan Məmmədov, olimpiya çempionu Toğrul Əsgərov və Əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Cəfərov idmançılara məsul yarışda uğurlar arzulayıb və tövsiyələrini çatdırıb. Sonra heyət açıqlanıb.

Dünya çempionatında baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında aşağıdakı heyət ölkəmizi Əliabbas Rzazadə (57 kq), İslam Bazarqanov (61 kq), Hacı Əliyev (65 kq), Coşqun Əzimov (70 kq), Turan Bayramov (74 kq), Əşrəf Aşırov (79 kq), Əbubəkr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq), Məhəmmədxan Məhəmmədov (97 kq) və Aydın Əhmədov (125 kq) təmsil edəcəklər.

Həmin kateqoriyadan