Namiq Quliyevin komandası İran-1 və Ermənistan güləşçilərinə qarşı

Sabah Arazın o tayında U-15 sərbəst güləşçilər arasında “Day of children” yarışı keçiriləcək.

Allsport.az saytı xəbər verir ki, komanda yarışında ölkəmizi böyük məşqçi Namiq Quliyev və məşqçi Mehman Nəcəfovun rəhbərliyi ilə Ruslan Abdullayev (38 kq), Emin Qocayev, Abdul Abdullayev (hər ikisi – 41 kq), Mahir Məmmədov (44 kq), Ramik Heybətov, Nurəddin Novruzov (48 kq), Ağanəzər Novruzov (52 kq), Məhəmmədəli Quliyev (57 kq), Namus Orucov (62 kq), Səttərxan Allahverdili (68 kq), Varis Mehdizadə (75 kq) və Xəlil Allahverdiyevdən (85 kq) təmsil edəcəklər.

Yığmamız İran-1 və Ermənistanla eyni qrupda yer alıb. Digər qrupda İran-2, İran-3 və Gürcüstan qərarlaşıb.

Həmin kateqoriyadan