- Baxış sayı: 64
- 06 May 2026 15:25
- Baxış sayı: 76
- May 11, 2026
- 0
Millimizin voleybolçusu Natalya Məmmədovanın formasını geyindiyi İsveçrə «Valero»su, dünən Avropa Çempionlar Liqasının «D» qrupunun matçında səfərdə «Omiçka» (Rusiya) klubunun qonağı olub.
Allsport.az saytı xəbər verir ki, zədə üzündən ölkə çempionatında meydana çıxmayan hücumçumuz, qitənin ən mötəbər yarışında keçmiş komandasına qarşı oynayıb.
Gərgin mübarizədə qalib həlledici setdə müəyyənləşib. Sevinən tərəf Sürix təmsilçisi olub – 3:2 (25:22, 25:22, 26:24, 25:21, 15:11). Bu qarşılaşmada Nataşa 10 xal yığıb.
Hazırda «Valero»nun hesabında 5 xal var və o, yarış cədvəlində 2-ci pillədə qərarlaşıb.