Nazilə İsmayılova: “Ermənistana qalib ölkənin vətəndaşı kimi getmişdik”

Allsport.az xəbər verir ki, Ermənistanda baş verən vandallıqdan sonra ağırlıqqaldıranlarımız, İrəvandakı yarışdan imtina edərək vətənə qayıdıblar.

Hava limanında müsahibə verən ağır atletika üzrə millimizin üzvü Nazilə İsmayılova belə deyib:

“Çox məyus olduq, çünki biz bu yarışa komanda şəklində çox yaxşı hazırlaşmışdıq. Medal qazanma şanslarımız çox böyük idi. İrəvanda dövlət himnimiz səslənə bilərdi. Mənə elə gəlir ki, Ermənistan xalqı Azərbaycanın dövlət himni səslənməsin deyə belə bir təxribat törətdi. Bu hadisə onların bizdən necə qorxduqlarını və necə barbar bir xalq olduqlarını bir daha sübut etdi.

Biz hər zaman olduğu kimi, gücümüzü, qüdrətimizi sübut edəcəyik. Çünki biz Ermənistana qalib ölkənin vətəndaşı kimi getmişdik. Heç bir təhlükəsizliyimiz təmin olunmadı. Biz axşam saatlarında oteli tərk etmək istəyərkən, dedilər ki, sizin təhlükəsizliyinizi təmin edə bilmirik. Ona görə oteldən çıxmayın”.

Həmin kateqoriyadan