Nazim Əlicanovun komandası MDB oyunlarında 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıb

Minsk-2023 ikinci MDB oyunlarında sərbəst güləş yarışı başa çatıb. Allsport.az saytı xəbər verir ki, məşqçilər Nazim Əlicanov, Əşrəf Əliyev və Xaqan Süleymanovun rəhbərliyi ilə bu rəqabətdə iştirak edən 9 təmsilçimizdən 6-sı fəxri kürsüyə qalxıb.

Cəbrayıl Hacıyev (74 kq) ilə Arsen Ciyoyev (86 kq) qızıl, Ayxan Abdullazadə (61 kq), Murad Yevloyev (70 kq) və Abdulcəlil Şabanov (92 kq) gümüş, Rəşid Babazadə (65 kq) isə bürünc medal qazanıb.

Beləliklə, sərbəst güləşçilərimiz II MDB Oyunlarında 2 qızıl 3 gümüş və 1 bürünc medal əldə edib.

Həmin kateqoriyadan