- Baxış sayı: 38
- 17 İyul 2025 19:03
- Baxış sayı: 222
- İyul 17, 2025
- 0
İyunun 17-də gənclər və idman naziri Fərid Qayıbov nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə görüşüb.
Allsport.az xəbər verir ki, nazir gəncləri qazandıqları uğurlar münasibətilə təbrik edib, iştirak etdikləri tədbirlər və qazandıqları təcrübələr barədə fikir mübadiləsi aparıb.
ABŞ, Türkiyə, Misir, İndoneziya və Özbəkistanda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər, beynəlxalq yarışlarda iştirak edən gənclər öz təəssüratlarını paylaşıb, nailiyyətləri, tədbirlərdə iştirakları barədə ətraflı məlumat veriblər.
Görüşdə gənclərin fikirlərini və təkliflərini dinləyən nazir Fərid Qayıbov nailiyyət qazanan gəncləri təbrik edib, fəaliyyətlərinin davamlılığını arzulayıb.
Toplantıda nazirliyin gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov da iştirak edib.