- Baxış sayı: 43
- 19 Mart 2025 18:14
- Baxış sayı: 48
- Mart 20, 2025
- 0
Gənclər və idman naziri Fərid Qayıbov Naftalan şəhər, Xocalı və Goranboy rayon sakinlərini qəbul edib.
Allsport.az xəbər verir ki, qəbuldan öncə nazir Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə birlikdə Goranboy şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Goranboy olimpiya idman kompleksində keçirilən qəbulda vətəndaşları diqqətlə dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.
Görüş mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda fevral ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.