Nazir Gürcüstan səfiriylə görüşdü

Noyabrın 19-da gənclər və idman naziri Fərid Qayıbov Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze və səfirliyin müşaviri Giorgi Buaçidze ilə görüşüb.

Allsport.az xəbər verir ki, gənclər və idman nazirliyində keçirilən görüşdə Azərbaycanla Gürcüstan arasında əlaqələrin əhəmiyyəti vurğulanıb. Nazir Fərid Qayıbov qonağa ölkəmizdə gənclər və idman siyasətinin prioritet istiqamətləri barədə məlumat verib.

Görüş zamanı ölkələrimiz arasında müvafiq sahələrdə qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi məsələləri müzakirə edilib.

Həmin kateqoriyadan