Nazir millinin məşqində iştirak edib

Nazir millinin məşqində iştirak edib

Gənclər və idman naziri Fərid Qayıbov Avropa çempionatına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisinin məşqində iştirak edib.

Allsport.az xəbər verir ki, gənclər və idman nazirliyinin voleybol mərkəzində keçirilən məşqi federasiyanın prezidenti Şahin Bağırov da izləyib.

Məşqdən sonra milli üzvləri ilə görüşən nazir komandanın hazırlıq prosesi və hazırkı durumu ilə maraqlanıb. Fərid Qayıbov avqustun 21-də başlayacaq Avropa çempionatında yığmanın qrup mərhələsini adlayaraq pley-offa yüksələcəyinə inandığını bildirib və voleybolçulara uğurlar arzulayıb.

Sonda nazir komanda üzvləri ilə xatirə şəkli çəkdirib.

Faiq Qarayevin baş məşqçisi olduğu Azərbaycan millisi “C” qrupunda Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə mübarizə aparacaq. Qrupun oyunları avqustun 21-28-də milli gimnastika arenasında keçiriləcək.

Həmin kateqoriyadan