Nazir reqbi federasiyasının rəhbərliyini qəbul edib

Dekabrın 29-da gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan reqbi federasiyasının rəhbərliyini qəbul edib. Allsport.az saytı xəbər verir ki, o, ölkəmizdə idmanın bütün növlərinin, o cümlədən də reqbinin inkişafının vacibliyini deyib, özünəməxsus özəllikləri ilə fərqlənən bu idman növü maraqlı olsa da ölkəmizdə geniş yayılması üçün təbliğ olunmasına ehtiyac olduğunu qeyd edib.

ARF-in prezidenti Elşən Abbasov qurumun fəaliyyəti və qarşıdakı planları barədə məlumat verib. Bildirib ki, federasiya bu idman növünün təkcə paytaxtda deyil, bölgələrdə də inkişafına çalışır.

Görüşdə idman şöbəsinin aparıcı məsləhətçisi Əliniyaz Mirzəyev, reqbi federasiyasının 1-ci vitse-prezidenti Elvar Osmanov və vitse-prezident Səbuhi Qarayev iştirak ediblər.

Həmin kateqoriyadan