Nazir son beynəlxalq yarışlarda medal qazanan idmançılarla görüşüb

Avqustun 26-da gənclər və idman naziri Fərid Qayıbov beynəlxalq yarışlarda uğurla çıxış etmiş milli üzvləri və onların məşqçiləri ilə görüşüb.

Allsport.az saytı xəbər verir ki, idmançıları salamlayan nazir, il ərzində medal qazananlarla toplantının ənənə halını aldığını qeyd edib. O, 20 yaşadək güləşçilərimizi və MMA idmançısı Tofiq Musayevi bu günlərdə qazandıqları qələbələr münasibətilə təbrik edib, onlara qarşıdakı yarışlarda da uğurlar arzulayıb.

Gənc güləşçilər, eləcə də məşqçi Namiq Abdullayev, MMA döyüşçüsü Tofiq Musayev və digərləri çıxış edərək onlara göstərilən diqqətə görə təşəkkür ediblər.

Həmin kateqoriyadan