Nazir son bir ayda uğur qazanan idmançılarla görüşüb

Dekabrın 5-də gənclər və idman naziri Fərid Qayıbov noyabr ayı ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş idmançılarıla görüşüb. Allsport.az saytı xəbər verir ki, öncə o, “əməkdar idman ustası” və “idman ustası ” fəxri adlarına layiq görülmüş idmançılara müvafiq vəsiqə və döş nişanlarını təqdim edib.

İdmançılarımız beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər. İlin sona yaxınlaşdığını qeyd edən nazir, onların qazandıqları nailiyyətlər münasibətilə təbrik edib və onlara gələn il də böyük qələbələr arzulayıb.

Kapoeyra, sambo, avarçəkmə, kikboksinq, taekvondo, qılıncoynatma, ağır atletika, paracüdo, paraüzgüçülük, gimnastika, şahmat, yunan-Roma güləşi, bodibildinq və fitness idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançılarımızın hazırlıq prosesi və uğurları barədə danışıblar.

Tədbirdə Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğurlu çıxışlarını əks etdirən videoçarx nümayiş olunub.

Həmin kateqoriyadan