“Neftçi İdman Klubu”nun kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Qanlı Yanvar faciəsindən 33 il ötməsinə baxmayaraq, həmin tarix xalqımızın qan yaddaşına əbədi həkk olunub. Allsport.az saytı xəbər verir ki, yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. Həmin hadisə xalqımızın qəhrəmanlıq dastanına ən parlaq səhifələrdən biri kimi daxil olub.

Dövlət müstəqilliyimizin bərpası, azadlığımız üçün 20 Yanvar şəhidlərinə borcluyuq. Azərbaycan xalqı onun qanlı yaddaşında silinməz iz qoyan 20 Yanvar faciəsini hər il qeyd edir, öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir və bu faciəni heç vaxt unutmayacaq.
Bu il də yüz minlərlə insan şəhidlərimizi yad etdi.

“Neftçi İdman Klubu”nun rəhbərliyi və kollektivi də Qanlı Yanvar faciəsində şəhid olanların əziz xatirəsini ehtiramla yad etdilər. Məşqçilər, idmançılar, eləcə də klubun nümayəndələri Şəhidlər xiyabanını ziyarət edib, məzarlar üzərinə gül dəstələri qoydular.

Həmin kateqoriyadan