- Baxış sayı: 34
- 18 May 2024 21:21
- Baxış sayı: 89
- May 18, 2024
- 0
“Neftçi” PFK Afyonkarahisardakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Allsport.az xəbər ki, komanda Türkiyənin “Alanyaspor” klubu ilə qarşılaşıb.
Görüş 1:1 hesabı ilə başa çatıb. Rəqib ikinci hissədə hesabı açsa da, Ruslan Qurbanov 67-ci bərabərlik qolunu vurub.
“Neftçi”nin start heyəti belə olub: Aqil Məmmədov, Melli, Rahil Məmmədov, Kamal Qurbanov, Ailton, Ramos, Kaue, Elşən Abdullayev, Samir Məsimov, Fəhmin Muradbəyli, Məhəmməd Qurbanov.
Sonradan meydana daxil olanlar: Oleq Litovka, Elvin Bədəlov, Mirabdulla Abbasov, Məqsəd İsayev, Ruslan Qurbanov, Əziz Quliyev, Orxan Bəşirov.