“Neftçi”nin baş məşqçisi: 5-ci hissədə motivasiyanı yenidən qaldıra bildik

“Sərhədçi” olimpiya idman mərkəzində kişi voleybolçuların “Zəfər kuboku”nun finalında “Neftçi” klubu 3:2 “Murov”a qalib gəldi. Allsport.az saytı xəbər verir ki, qələbədən sonra qalib komandanın baş məşqçisi Pərviz Səmədov bunu dedi:

“Gördüyünüz kimi, oyun gərgin keçdi. Rəqiblə ölkə çempionatında belə anlar yaşamışıq. 3:2 bitən görüşlərin birində biz, birində “Murov” qalib gəlib.

Bu matçda da 2:0 irəlidə idik. Sonra komandamızda düşük oldu və rəqib bundan yararlandı. 5-ci hissədə motivasiyanı yenidən qaldıra bildik.”

Həmin kateqoriyadan