Niderland və Belarus 1/4 finala çıxıb

Bu gün Milli Gimnastika Arenasında qadın voleybolçuların Avropa çempionatında pley-offa start verilib. Allsport.az saytı xəbər verir ki, Belarus millisi gərgin mübarizədə Çex Respublikasının komandasına 3:2 qalib gəlib (18:25, 23:25, 27:25, 25:22, 17:15). Sevinən tərəfi sentyabrın 28-də Serbiya kollektivi sınağa çəkəcək. 

Günün 2-ci matçında Niderland və Xorvatiya yığmaları qarşılaşıblar. Bu görüşdə hollandlar rəqibinə 1 set belə verməyib – 3:0 (25:18, 25:8, 25:21). “Narıncılar” ayın 28-də 1/4 finalda İtaliya ilə üz-üzə gələcək.

Həmin kateqoriyadan