Nihat və Həsrətdən qızıl, Ülvüdən gümüş

Bu gün Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatında yunan-Romaçıların mübarizəsi başa çatıb. Allsport.az xəbər verir ki, yarışın 2-ci medal günü də Azərbaycan millisi üçün uğurlu olub.

60 kq
Keçirdiyi 4 görüşdə qələbələri sıralayan Nihat Məmmədli həlledici görüşdə moldovalı Viktor Çiobanunu 8:3 üstələyib.

67 kq
Həsrət Cəfərov finala 3 qələbə ilə yüksəlib. Son Avropa çempionu həlledici qarşılaşmada Ruslan Buçirinə (AİN) 8:5 qalib gəlib.

72 kq
Ardıcıl 3 qələbəyə sevinən Ülvü Qənizadə ötən il Zaqrebdə qazandığı titulu qorumağa çalışıb. O, finalda türkiyəli Səlcuq Canla bacarmayıb. Selcuk ötənilki çempionatın yarımfinalında yenilginin əvəzini çıxıb.

82 kq
Dünya və 3-qat Avropa çempionu Rafiq Hüseynov bürünc medal qazanmaq fürsətindən yararlanmağa çalışıb. Lakin təsəlliverici görüşdə gürcüstanlı Gela Bolkvadzeylə 0:9 məğlub olaraq, bu dəfə çempionatı medalsız sona vurub.

Həmin kateqoriyadan