- Baxış sayı: 32
- 14 Mart 2025 23:09
- Baxış sayı: 43
- Mart 14, 2025
- 0
Beynəlxalq Olimpiya Komitəsi Pekin və London olimpiadalarında çıxış etmiş bəzi idmançıların dopinq-testlərini yenidən yoxlatmağa başlayıb. Allsport.az saytı xəbər verir ki, özəlliklə, ağıqlıqqaldırmada xeyli atletin qadağan olunmuş həb qəbulunda şübhəli bilinir.
Pekin-2008-də 94 kq-da qızıl medal qazanan İlya İlyin (Qazaxıstan), gümüş medalçı Simon Koleçki (Polşa) və 3-cü yeri tutmuş Hacımurad Akkayev (Rusiya) dopinqli çıxıb. BOK-un sabah yekun qərarını verəcəyi gözlənilir. Həmin azmanların dopinqli olmaları təsdiqlənsə, həmin “dördillik”də 5-ci olmuş Nizami Paşayevə gümüş medal təqdim olunacaq.