- Baxış sayı: 65
- 10 May 2026 15:37
- Baxış sayı: 76
- May 11, 2026
- 0

İtaliyanın Kaorle şəhərində güləşçilərin U-20 Avropa çempionatında Günay Qurbanova 59 kq-da qalib olub. Allsport.az saytı xəbər verir ki, o, sevincini hava limanında KİV-lə bölüşüb:
“Yarış çox yaxşı keçdi. Şükür Allaha, bu il ikinci dəfə Avropa çempionu ola bildim. Çox xoşbəxtəm. Bütün məşqçilər korpusuna, federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm.
Növbəti hədəfim U-20 dünya çempionatında uğurlu çıxış etməkdir. Bu yarışa hazırlaşacağıq. İnşallah, yaxşı olacaq”.