- Baxış sayı: 65
- 10 May 2026 15:37
- Baxış sayı: 5
- May 11, 2026
- 0

İyunun 28-29-da Fransada çimərlik güləşi üzrə dünya sıralamasının növbəti mərhələsi baş tutacaq. Allsport.az saytı xəbər verir ki, San Loren Dü-Var şəhərinin çimərliyində yarışda ölkəmizi 3 idmançı təmsil edəcək.
Dünya çempionu İbrahim Yusubov yenə 90 kq-da mübarizə aparacaq. Dünya mükafatçısı Ramiz Həsənov bu dəfə 80 kq-da qüvvəsini sınayacaq. 70 kq-da debütant güləşəcək: U-23 Avropa çempionatının gümüş medalçısı Rəşid Babazadə.