Nurlan Məmmədzadədən bir qızıl və bir gümüş medal

İsrailin Eylat şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi davam edir.

Allsport.az xəbər verir ki, yaşı 15-ə qədər olan atletlərdə 73 kq çəki dərəcəsində Nurlan Məmmədzadə qüvvəsini sınayıb. O, birdən qaldırma hərəkətində 115 kq nəticə ilə 5-ci yeri tutub.

Atletimiz təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. Nurlan 145 kq-ı ram edərək bu hərəkətdə Avropa birinciliyinin qalibi adını qazanıb. Yeniyetmə atletimiz bu çəkini qaldırmaqla eyni zamanda, öz yaş qrupunun bu çəkisində təkanla qaldırma hərəkətinin yeni Avropa rekordunu müəyyənləşdirib.

Nurlan Məmmədzadə toplam 260 kq (115+145) nəticə ilə yekun sıralamada ikinci yeri tutub.

Həmin kateqoriyadan