Nurməhəmməd Hacıyev: Gümüş və bürünc medal yalnız təsəllidir

Rumıniyanın paytaxtı Buxarestdə Avropa çempionatında bürünc mükafat qazanan Nurməhəmməd Hacıyev onun şəklini çəkdiyimiz zaman elə də məmnun görünmədi. Sərbəst güləşçi medalı əlinə götürmədi. Allsport.az saytına dedi ki, qızıl olanda bunu edəcək:

“İlk görüşdə 97 kq-ın lideri, rusiyalı Abdulrəşid Sadullayevlə qarşılaşmağım yenilgimə bəhanə gətirməməlidir. Qalib olmaq istəyirsdənsə, püşkü fikirləşməməlisən. Sonacan mübarizə aparıb qalib gəlməlisən. Gümüş və bürünc medal yalnız təsəllidir, əsl uğur, bu, “qızıl”dır.

Qarşıda 2-ci Avropa oyunları gəlir. Orda da Abdulrəşidlə üzləşə bilərəm. Əvəz almaq üçün daha yaxşı hazırlaşmalı, səhvlərdən nəticə cıxarmalıyam. Sonra, Allahın köməkliyi ilə, Qazaxıstanda keçiriləcək dünya çempionatında olimpiadaya lisenziya almalıyam”.

Kamran HACI, Buxarest

Həmin kateqoriyadan