- Baxış sayı: 72
- 13 Noyabr 2026 19:23
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0
Azərbaycan millisinin voleybolçusu Odina Bayramova karyerasını ölkə xaricində davam etdirə bilər. Allsport.az saytı xəbər verir ki, 26 yaşlı əsas heyət oyunçusu Trabzonun “İdmanocağı” klubu ilə əməli anlaşıb.
Onun Avropa Liqasından sonra rəsmi müqaviləyə imza atacağı ehtimal edilir. Bu arada Türkiyə KİV-i Odina Bayramova İtaliya “Yamamay”ının istədiyini yazıb. Hücumçunun son klubu “Azərreyl” olub.