Oleq Stepko dünya kubokunda 1-ci olub

Portuqaliyanın Anadiya şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid dünya kuboku keçirilib. Allsport.az saytı xəbər verir ki, ölkəmizi Rio-2016-da təmsil edəcək Oleq Stepko paralel qollarda qızıl medal qazanıb. O, bu alətdə çıxışına görə hakimlərdən 15.800 xal alıb.

Sərbəst hərəkətlərdə və halqalar üzərində çıxışına görə də finala yüksələn idmançımız hər iki növdə 7-ci nəticə göstərib. Oleqlə birgə paralel qollarda finala vəsiqə qazanmış digər təmsilçimiz Petro Paxnyuk isə 5-ci olub.

Həmin kateqoriyadan