Olimpiya çempionlarımız Aleksandr Medvedin mükafatı uğrunda yarışda iştirak edəcək

6-7 martda Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda güləşi üzrə 45-ci beynəlxalq qran-pri turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda sərbəst güləş üzrə millimiz iştirak edəcək.

Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi ilə 10 bahadır turnirə yollanacaqlar; Əhmədnəbi Qvarzatilov, Ruhlan Məmmədov (hər ikis – 61 kq), Hacı Əliyev (65 kq), Toğrul Əsgərov (70 kq), Cəbrayıl Həsənov, Kənan Əliyev (74 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov, Şərif Şərifov (97 kq) və Əli Maqomedabirov (125 kq) yarışda qüvvəsini sınayacaq.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edəcək.

Həmin kateqoriyadan