Olimpiya çempionu Toğrul Əsgərov da milli idman brendinə üstünlük verir

Milli idman brendi “İl’Azero”nun yeni layihəsinə maraq günü-gündən artır. Allsport.az saytının məlumatına görə, yerli atributları, naxış və rəmzləri təbliğ etməklə yanaşı, ölkəmizi layiqincə təmsil edən idmançıları, ictimai xadimləri, özəlliklə, 2-ci Qarabağ savaşı iştirakçılarına həsr etdilən sosial proyektə qatılanlar şövqlə təzə dəstlərdən yararlanırlar.

Bu idman növlərindən biri güləşdir. Bahadırlarımız özlərini rahat hiss etmək və milli tərzli dəstlərlə fəqrlənmək üçün, “Bir Azərbaycanlı”ya yaxınlaşırlar. Məhdud sayda olan çeşidlər əldən-ələ gəzir. Qeyd edək ki, güləş millimiz 2018-ci ildə Macarıstan paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatına bu şirkətin məhsullarını geyinmişdi.

“İl’Azero” rəhbəri, tanınmış voleybol meneceri İlqar İmamquliyevdir.

Возможно, это изображение (1 человек, стоит и текст «IA IL'AZERO IL'AZERO»)
Возможно, это изображение (1 человек, стоит, обувь и текст)

Həmin kateqoriyadan