Olimpiya çempionumuz bu dəfə 5-ci oldu

Dünən Tokio-2020-də sərbəst güləş yarışında olimpiya, 4-qat dünya və 4-qat Avropa çempionu Abdulrəşid Sadullayevlə uduzaraq final imkanını itirən Şərif Şərifov (97 kq), rəqibin həlledici görüşə vəsiqə qazanması səbəbindən mübarizəni davam etdirmək imkanı qazanıb.

Allsport.az saytı xəbər verir ki, olimpiya, dünya və qitə çempionumuz təsəllivericidə gürcüstanı Elizbar Odikadzeyə çətinliklə 7:5 qalib gəlib. O, 3-cü yer üçün tutaşmada kubalı Reyneris Salasla qarşılaşıb.

Legionçumuz ilk hissədə irəlidə olsa da, sonradan təşəbbüsü əldən verib. Hesab 3:3 bitsə də, sonda xalı qazanan rəqib olub.

Şərif Şərifov London-2012-də qızıl, Rio-2016 bürünc medal qazanıb.

Həmin kateqoriyadan