Olimpiya çempionumuz da koronavirusa yoluxub

Sərbəst güləş üzrə Avropa, dünya və olimpiya çempionu Şərif Şərifov koronavirus xəstəliyi keçirib. Allsport.az xəbər verir ki, bu barədə 31 yaşlı idmançı özü məlumat verib.

Hazırda Rusiyada Dağıstan Respublikasının paytaxtı Mahaçqalada olan titullu pəhləvan ailə üzvlərinin də pandemiyadan əziyyət çəkdiyini bildirib:

“Özüm də bu virusa yoluxmuşdum. Bütün ailəmiz – mən, həyat yoldaşım, anam, atam bacım xəstələndi. Sanki hamı bir-birinə ötürdü. Bu, adi qrip deyil, təhlükəli virusdur. Hətta anam ağciyərin ikitərəfli pnevmoniyası diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. O, mayın 19-da evə buraxıldı. Anamdan fərqli, mən xəstəliyi yüngül formada keçirdim. Sadəcə, qızdırma və ağrılarım var idi”.

Artıq bir həftədir sağaldığını deyən Şərifov hazırda özünü yaxşı hiss etdiyini diqqətə çatdırıb (Report).

Həmin kateqoriyadan