ŞOK
Olimpiya çempionumuz Toğrul Əsgərov bundan sonra Türkmənistan millisi üçün güləşəcək

Sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərovun Türkmənistan millisində çıxış edəcək. Allsport.az saytı xəbər verir ki, bu barədə 25 yaşlı bahadıra məxsus “Facebook” səhifəsində paylaşım edilib. Həmin bilgidə “Azərbaycanda çox böyük itki: Toğrul Əsgərov artıq Türkmənistan komandasında çıxış edəcək” yazılıb.
İdmançının özü isə 2-qat dünya çempionu Hacı Əliyevlə birgə Türkmənistanda olduğunu bildirən şəkil paylaşıb. Üstəlik, Rio-2016-nın gümüş medalçısının Aşqabadda, Ahal bölgəsində otaqda Almaniya it cinsi olan fotosu da yer alıb. Son zamanlar bu 2 titullu pəhləvanın bir yerdə olması ilə bağlı söz-söhbətlər dolaşır və bütün məsələnin başında məhz olimpiya çempionunun dayandığı deyilir.
Qeyd edək ki, Toğrul Əsgərovun adı ötən ay Dünya Güləş Birliyinin antidopinq qaydalarını pozduqları üçün cəzalandırılan idmançılar siyahısına düşüb və 17 aprel 2018-ci ilədək cəzalandırılıb.

Həmin kateqoriyadan