- Baxış sayı: 50
- 22 Sentyabr 2026 16:53
- Baxış sayı: 63
- Sentyabr 24, 2026
- 0

Rio-2016-da olimpiya millimizin yeganə qızıl medalını qazanan Radik İsayev (+80 kq) doğma məmləkətində təm-təraqla qarşılanıb.
Allsport.az saytı xəbər verir ki, əslən dağıstanlı taekvondoçu ata-baba yurdu Məhərrəmkənddə yüksək səviyyədə qəbul edilib, onun şərəfinə rayon icra hakimiyyəti binasında şirniyyat süfrəsi açılıb, şəninə tərif deyilib, uğuru təqdir olunub, çempionla xatirə fotosu çəkdirilib.
Qeyd edək ki, bu qarşılanma bir neçə gündür başlayıb və bir müddət davam edəcək. Çünki Rio oyunlarının qızıl medalçısına şərəfinə ziyafət vermək istəyən, evinə qonaq çağırmaq niyyətində olan çox sayda həmyerlisi var.