Olimpiya dərəcəli referimiz: “Velosiped sürürəm, dartınıram və paralel qollarda işləyirəm”

Hazırda dünyada koronavirus pandemiyasına üzündən əksər idmançılar məşqlərini ev şəraitində edirlər. Maraqlıdır, görəsən görüşlərdə onlara nəzarət edən, xallar yazan hakimlər bu çətin durumda nə edirlər? Tokio olimpiadasına yollanmağa namizəd olan İ-S dərəcəli güləş hakimi Asif Şirəliyev allsport.az saytına açıqlamasında vəziyyətə nəzarət etdiyini deyib:

“Dünya güləş birliyinin prezidenti Nenad Laloviçin video-müraciəti oldu. O, tövsiyyə etdi ki, hamı evdə qalsın. Amma boşalmaq da olmaz. Biz peşəkarıq və hər çətinliyi anlayırıq – hakimlər də, idmançılar kimi, qıvraq olmalıdırlar. Açıq havada velosiped sürürəm, həyətdə dartınır və paralel qollarda çalışıram. Evdə isə, əsasən, gimnastik hərəkətlər edirəm”.

Həmin kateqoriyadan