- Baxış sayı: 76
- 24 İyun 2026 22:19
- Baxış sayı: 41
- İyun 26, 2026
- 0

Sabah Macarıstan paytaxtı Budapeştdə güləş üzrə Avropa olimpiya təsnifatı start götürəcək. 4 gün davam edəcək yarışda hər 3 növ üzrə komandamız Tokio-2020 uğrunda mübarizə aparacaq.
Seçmə turnirin hakimlər briqadasında olimpiya dərəcəli referimiz Asif Şirəliyev də yer alıb. Bu gün ədalət təmsilçiləri üçün seminar keçirilib. Həmyerlimiz allsport.az saytına bildirib ki, yunan-Roma güləşində yenilik var.
Əgər öncələr 3-cü xəbərdarlıq alan idmançının rəqibinə 1 xal verilirdisə, artıq həmin qayda ləğv olunub. Bundan sonra, həmin güləşçiyə ya ayaq üztə, ya da parterdə seçim veriləcək.
