- Baxış sayı: 45
- 11 May 2026 21:35
- Baxış sayı: 110
- May 11, 2026
- 0

İstanbulda sərbəst güləş üzrə Yaşar Doğu turniri start götürüb. Allsport.az saytı xəbər verir ki, ənənəvi yarışda yeganə təmsilçimiz Şərif Şərifov (97 kq) mübarizəyə 1/4 finaldan qoşulub.
Olimpiya, dünya və Avropa çempionumuz ilk görüşdə tunisli Səid Məhəmmədə tam üstünlüklə qalib gəlib – 10:0. Titullu güləşçimiz yarımfinalda Givi Matçaraşviliylə qarşılaşıb. Şərif yanvarda Fransanın Nitsa şəhərində qran-pridə məğlub olduğu Gürcüstan təmsilçisindən revanş alıb – 3:0.
Beləliklə, Şərifov adını finala yazdırıb. Millimizin üzvü bu gün həlledici qarşılaşmada türkiyəli Mustafa Səssizlə qarşılaşıb. Rəqibini 4:0 hesabıyla məğlub edən təcrübəli pəhləvanımız Yaşar Doğu turnirinin qalibi olub.