Olimpiya, dünya və qitə çempionumuz 74 yaşında vəfat etdi

Azərbaycan voleyboluna ağır itki üz verib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan voleybol məktəbinin yetirməsi Vera Lantratova 74 yaşında vəfat edib. Olimpiya, dünya və Avropa çempionumuz klub səviyyəsində yalnız “Neftçi”nin formasını geyinib.

O, SSRİ çempionatın (1972) bürünc mükafatçısı olub. 1967-ci ildə Azərbaycan SSR yığma komandası ilə SSRİ çempionatının və SSRİ xalqları spartakiadasında gümüş medalını qazanan voleybolçu, SSRİ millisinində böyük turnirlərin iştirakçısı olub.

Həmyerlimiz Mexiko-1968 yay olimpiya oyunlarının, Bolqarıstanda 1970-ci ildə dünya və Türkiyədə 1967-ci ildə keçirilmiş qitə çempionatlarının qalibi adına yiyələnib. Məşqçi kimi “Lokomotiv”də çalışmış Lantratova müxtəlif illərdə SSRİ-nin ən yaxşı voleybolçuları siyahısına düşüb.

Həmişə Azərbaycanda doğulması ilə fəxr edən, tarixi Vətənini çox sevdiyini vurğulayan, sonradan Sankt-Peterburqda yaşayan ünlü voleybolçu, məşqçi kimi çalışıb və orda məktəbdə bədən tərbiyəsi müəllimi işləyib. Lantratova aprelin 16-da məhz orada vəfat edib.

Həmin kateqoriyadan