Olimpiya mükafatçılarımız İstanbulda yeni təqvim ili öncəsi. Kapitan “İl’Azero”ya üstünlük verdi

Olimpiya mükafatçılarımız İstanbulda yeni təqvim ili öncəsi. Kapitan “İl’Azero”ya üstünlük verdi

Sərbəst güləşçilərimizin Türkiyə toplanışı davam edir. Allsport.az saytı xəbər verir ki, yığmamız yanvarın 13-dək qardaş ölkədə həm fiziki, həm də taktiki-texniki məşqlər keçəcək.

Komanda üzvləri asudə vaxtlarını İstanbulun gəzməli-görməli yerlərində, tanınmış alış-veriş mərkəzlərində keçirirlər. Olimpiya mükafatçılarımız Toğrul Əsgərov (70 kq), Hacı Əliyev (65 kq) və Cəbrayıl Həsənov (86 kq) şəhərin gur ticarət məkanında bir araya gələrək foto-obyektiv önündə poz veriblır. Çempionların hərəsi ayrı-ayrı idman geyimlərinində olub.

Yığmanın kapitanı milli brend “İl’Azero”ya üstünlük verib.

Həmin kateqoriyadan