Olimpiya mükafatçımız uzun aradan sonra mübarizəyə qoşulur

6-8 noyabrda Moskvada güləş komandaları arasında Avropa Millətlər Kuboku keçiriləcək. Xəbər verdiyi kimi, bu yarışda Azərbaycan komandaları da iştirak edəcək. Yunan-Roma güləşində məşqçilər heyəti Rusiya paytaxtına yollanacaq bahadırları nəzəri müəyyənləşdirməyiblər.

Allsport.az saytına daxil olan məlumata görə, komanda yarışında Murad Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Azad Əliyev (71 kq), Rüstəm Əliyev (75 kq), Emin Əhmədov (80 kq), İslam Abbasov (85 kq), Şəhriyar Məmmədov (98 kq) və Sabah Şəriətinin (130 kq) mübarizə aparacı ehtimal olunur.

Qeyd edək ki, zədə səbəbindən London-2012-dən sonra yarışları buraxan olimpiya mükafatçımız Emin Əhmədov, uzun aradan sonra Moskvada güləş döşəyinə çıxacaq.

Həmin kateqoriyadan