Olimpiya mükafatçısından Toğrul Əsgərova məsləhət: Alınmırsa, üzü sulu çıx get

Vüqar Ələkbərov olimpiya çempionunun vəziyyətinə aydınlıq gətirdi

Toğrul Əsgərova və ya Elnur Məmmədliyə qarşı belə hərəkət olunmamalı idi. Olimpiya mükafatçısı olduğuma üçün vəziyyəti başa düşürəm. Olimpiya oyunlarında uğur qazanmaq hər idmanqıya nəsib olmur. Elə buna görə bu mübarizə meydanında fərqlənənlərə diqqət və qayğı digərlərindən daha artıq olur».

Bunu allsport.az saytına açıqlamasında Sidney olimpiadasının bürünc mükafatçısı Vüqar Ələkbərov dedi. Gənc boks mütəxəssisi bildirdi ki, mükafat – ev, maşın və pul «dördillik»də uğura yetişənlərin halal qazancıdır:

«Son günlər Toğrul barəsində söz-söhbətlər dolaşır. Buna münasibətim belədir: olimpiya çempionu olana qədər həyatı tam başqa idi; bütün diqqəti idmana idi. Qalib olandan sonra iş aldı, ali təhsilə yiyələndi. Bir sözlə, həyatını qurdu. Ola bilər şəxsi işləri ilə bağlı heç məşqlərə qatılmağa vaxtı olmasın.

Əgər bu gün Toğrulda güləşmək alınmırsa, sadəcə olaraq federasiya və məşqçilər korpusu onu yanına çağırmalı, ciddi söhbət etməlidir. Deyilməlidir, qardaş, səndə alınmır? Onda üzü sulu çıx get. Ən rahatı budur. Toğrulla görüşəndə, böyük qardaş kimi, ona bunu başa salmışam. Onu tənqid etmək olmaz. O, olimpiya çempionu olana qədər min bir əziyyətlə qatlaşıb. Toğrul artıq idmanda öz sözünü deyib».

Həmin kateqoriyadan