Olimpiya və digər çempionlarımızın yer aldığı sərbəst güləş millimiz Qroznıda 3-cü yer tutub

Qroznıda sərbəst güləş üzrə Əhməd Qədirovun xatirəsinə turnir keçirilib.

Allsport.az saytı xəbər verir ki, komanda yarışında Qırğızıstan (10:0) və Monqolustana (8:2) qalib gələn millimiz “Əhməd”ə (3:7) və “Avropa”ya (4:6) məğlub olub. Yekunda 3-cü yeri tutan yığmamız 22 min dollar pul mükafatına sahib çıxıb.

Böyük məşqçisi Zəlimxan Hüseynov və məşqçi Sədrəddin Ayqubovun rəhbərliyi ilə heyətdə İslam Bazarqanov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Ənvərbəy Dalqatov (65 kq), Ağahüseyn Mustafayev, Murtuzəli Müslimov (hər ikisi – 70 kq), Əbubəkr Abakarov, Hacımurad Hacıyev (74 kq), İbrahim Yusubov (79 kq), Murad Süleymanov (86 kq), Şərif Şərifov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Aslanbəy Alborov (125 kq) yer alıblar.

3-cü dərəcəli beynəlxalq hakim Bəşir İsazadənin ədaləti qoruduğu turnirdə 6 komandanın iştirakı nəzərdə tutulsa da, son anda Özbəkistan güləşçilərinin Çeçenistan paytaxtına səfəri baş tutmayıb.

Həmin kateqoriyadan