Olimpiya çempionu Şərif Şərifov finalda! Murad Süleymanov və Hacımurad Hacıyev 3-cü üçün

Rumıniyanın paytaxtı Buxarestdə qitə çempionatının 2-ci günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə apardı.

Allsport.az saytı xəbər verir ki, Əhmədnəbi Qvarzatilov zədələndiyi üçün son anda heyətə cəlb edilən Əsgər Məmmədəliyev debütdə yerli idmançıya müqavimət göstərə bilməyib.   

Olimpiya və dünya çempionu Şərif Şərifov finala qədər irəlilədi. Hacımurad Hacıyev, Murad Süleymanov 3-cü yer üçün güləşəcəklər.

61 kq
Təsnifat – Əsgər Məmmədəliyev – Nikolay Oxlopkov (ROU) 0:6

74 kq
1/8 final – Hacımurad Hacıyev – Georgi Paskalov (MDA) 10:1
1/4 final – Hacımurad Hacıyev – Maksim Vasilioqlo (ROU) 11:1
1/2 final – Hacımurad Hacıyev – Frank Çamizo (İTA) 2:6
Bürünc medal görüşü – Hacımurad Hacıyev

86 kq
Təsnifat – Murad Süleymanov – Riçard Ferents Liqeti (HUN) 5:0
1/8 final – Murad Süleymanov – Ahmed Dudarov (GER) 10:1
1/4 final – Murad Süleymanov – Teymuraz Naskidaeva (ESP) 7:2
1/2 final – Murad Süleymanov – Vladislav Vəliyev (RUS) 0:7
Bürünc medal görüşü – Murad Süleymanov 

92 kq
1/4 final – Şərif Şərifov – Məhəmməd Qurbanov (RUS) 6:2
1/2 final – Şərif Şərifov – İrakli Mtsituri (GEO) 8:2
FİNAL – Şərif Şərifov – 

125 kq
Təsnifat – Seyid Məhəmmədrza Azərşakib – Eqzon Şala (KOS) 9:13

Həmin kateqoriyadan