Ölkə badmintonunda ilk

Badminton üzrə milli komanda BWF (dünya badminton federasiyasının) açıqladığı yeni reytinq siyahısında 121 ölkə arasında 27-ci sırada yüksəlib.

Allsport.az xəbər verir ki, yığmanın hesabında 2726 reytinq xalı var. Milli son 3 ayda reytinqdə 18 pillə irəliləyib.

Bu Azərbaycan badmintonu tarixində ən yüksək göstəricidir.

2018-ci ildə reytinqdə 85-ci olan milli ötən illər ərzində ümumi reytinq sıralamasında 39 pillə irəliləyərək 2025-ci ilin əvvəlində 46-cı sırada yer alırdı.

Həmin kateqoriyadan