- Baxış sayı: 22
- 21 Aprel 2026 10:38
- Baxış sayı: 23
- May 11, 2026
- 0

7-8 fevralda Şüvəlan qəsəbəsində ağır atletika akademiyasının yarış zalında kişilər və qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda 100-ə yaxın ağırlıqqaldıran mübarizə aparacaq.
Çempionatın təşkilində məqsəd ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, eləsə də qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.