Ölkə birinciliyi və paytaxt Bakı çempionatının qalibləri

Milli gimnastika arenasının köməkçi zalında akrobatika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, həmçinin idman gimnastikası üzrə 26-cı ölkə birinciliyi və paytaxt çempionatı keçirilib.

Allsport.az saytı xəbər verir ki, 2 gün davam edən yarışda həm təcrübəli böyük gimnastlar, həm də daha azyaşlı idmançılar öz proqramlarını hakimlərə təqdim edərək, öz aralarında güclüləri müəyyənləşdiriblər.

İdman gimnastları böyüklər, gənclər, yeniyetmələr, uşaqlar, balacalar və kiçiklər yaş kateqoriyasında, akrobatlar isə gənclər, yeniyetmələr, uşaqlar və balacalar yaş kateqoriyasında çıxış ediblər.

Yarışlarda 100-dən çox gimnast Bakı gimnastika məktəbi, “Ocaq Sport”, “Neftçi” klublarını, Nizami rayonu idman məktəbi və Sumqayıtı təmsil ediblər.

Yarışların nəticələri haqda ətraflı məlumatı http://agf.az/az/competitions/information/198 əldə etmək olar.

Həmin kateqoriyadan