- Baxış sayı: 39
- 10 Avqust 2026 21:53
- Baxış sayı: 87
- Avqust 10, 2026
- 0

Həndbol üzrə Azərbaycan birinciliyinin final mərhələsinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, oğlanlar arasında Bakı-1 qalibi adını qazanıb. İlk üçlüyü Bakı-2 və Mingəçevir komandaları qapayıblar.
Qızların rəqabətində Bakı-2, Bakı-1 və Bakı-3 kollektivləri müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerləri tutublar.
Gənclər və idman nazirliyi, Azərbaycan həndbol federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirin qaliblərinə diplom və hədiyyələr təqdim olunub.