Ölkə çempionatı ərəfəsində hakimlərin və məşqçilərin seminarı

Fevralın 8-dən 10-dək Bakı idman sarayında gənc güləşçilərin Azərbaycan çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu gün ənənəyə uyğun olaraq, yarış məkanında hakimlər və məşqçilər üçün seminar keçirilib.

Əvvəlcə hakimlərin iclası baş tutub. Bir neçə gün öncə dünyasını dəyişən beynəlxalq dərəcəli hakim Abdul Nuriyevin xatirəsi 1-dəqiqəlik sükutla yad edildikdən sonra seminara start verilib.

Hakimlər kollegiyasının sədri Qərib Əliyev Dünya güləş birliyinin (UWW) görüşlərin idarəçiliyi ilə bağlı qəbul etdiyi yeni qaydaları referilərin diqqətinə çatdırıb. Bununla yanaşı, müxtəlif görüşlərdə mübahisəli vəziyyətlər video görüntülü formatda müzakirə edilib.

Sonra yunan-Roma güləşi üzrə məşqçilərin iclası start götürüb. Güləş federasiyasının rəhbər şəxslərinin iştirakıyla baş tutan tədbirdə irad və tövsiyələr səsləndirilib. Sonda klassik güləşdə bütün çəkilər üzrə püşkatma mərasimi keçirilib.

Həmin kateqoriyadan