- Baxış sayı: 75
- 24 İyun 2026 22:19
- Baxış sayı: 31
- İyun 26, 2026
- 0

İyulun 16-17-də çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək.
Allsport.az xəbər verir ki, yarışın ilk günündə 2009-2010 təvəllüdlü yeniyetmələr arasında qaliblər müəyyənləşəcək. Növbəti gündə isə böyüklər qum üzərində ən güclüləri aydınlaşdıracaq.
Çimərlik arenasında təşkil ediləcək yarışda ilkin görüşlərə 10:00-da start veriləcək. 17:00-dan etibarən isə medallar uğrunda qarşılaşmalar keçiriləcək.
Çempionatın təşkilində məqsəd çimərlik güləşi üzrə milli komandanın heyətini formalaşdırmaq və qarşıdan gələn yarışlara, o cümlədən 2026-cı ildə Dakarda baş tutacaq yeniyetmələrin yay olimpiya oyunlarına hazırlıqlara erkən start verməkdir.